Təhlükə gətirən rahatlıq: “Ciddi risklər yaranır”

saytların hazırlanması

Evə çatdırılma

Təhlükə gətirən rahatlıq: “Ciddi risklər yaranır”

Rəqəmsal

07 Fevral 2025 16:02 1514


“Şübhəsiz, pulsuz internet mövzusu bir çox ölkədə geniş müzakirə edilir. Xüsusilə, ictimai yerlərdə açıq, şifrəsiz internet şəbəkələrinin əlçatan olması insanların rahatlığı baxımından faydalı görünsə də, bu cür şəbəkələrin kibertəhlükəsizlik baxımından ciddi risklər yaratdığı da danılmazdır”.

Bunu "Yeni Sabah”a Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov deyib.

O, riskləri sadalayıb: “Elə ölkələr var ki, onların kibertəhlükəsizlik infrastrukturu bu cür açıq şəbəkələrin yaradılmasını təhlükəsiz şəkildə idarə etmək üçün yetərli olmaya bilər. Məlumdur ki, son illərdə kiberdələduzluq halları xeyli artıb və bu, internet istifadəçilərinin şəxsi məlumatlarının oğurlanması, saxta linklər vasitəsilə fırıldaqçılıq hallarının yayılması kimi bir sıra təhlükəyə yol açıb. pizza mizza

Bu baxımdan, ölkəmizdə açıq, şifrəsiz internet xidmətlərinin geniş yayılması müzakirə mövzusudur. Bir tərəfdən, bu cür xidmətlər insanların internetə daha rahat çıxışını təmin edə bilər, digər tərəfdən isə güclü təhlükəsizlik tədbirləri görülmədən belə bir addımın atılması risklər yarada bilər. Əgər Azərbaycanda açıq internet şəbəkələrinin genişlənməsi nəzərdə tutulursa, paralel olaraq güclü kibertəhlükəsizlik sistemlərinin qurulması və vətəndaşların kiber savadlılığının artırılması da vacibdir”.

Aytac Şahin


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!