Təhlükəli virus sürətlə yayılır:   Ölüm halları artıb

saytların hazırlanması

Evə çatdırılma

Təhlükəli virus sürətlə yayılır: Ölüm halları artıb

Sağlamlıq

25 İyul 2025 10:02 650


İtaliyada Qərbi Nil virusuna yoluxma hallarında ciddi artım müşahidə olunur.

Yenisabah.az xəbər verir ki, İtaliya Səhiyyə Nazirliyi tərəfindən yayımlanan son məlumatlara əsasən, ölkədə bu virus səbəbilə 3 nəfər həyatını itirib, 50-dən çox yoluxma halı qeydə alınıb. Xəstələrin əksəriyyəti şimal bölgələrində aşkarlanıb.

Rəsmilər bildirirlər ki, virus əsasən ağcaqanadlar vasitəsilə yayılır və xüsusilə yay aylarında risk artır. Toyuqlu pizza

Mütəxəssislər əhalini diqqətli olmağa çağıraraq, açıq sahələrdə uzun müddət qalarkən ehtiyat tədbirləri görməyi, qapalı geyimlərdən istifadə etməyi və ağcaqanadlara qarşı mübarizə tədbirlərinə riayət etməyi tövsiyə edirlər.

Qeyd edək ki, Qərbi Nil virusu bəzi hallarda heç bir əlamət göstərməsə də, bəzi xəstələrdə yüksək hərarət, baş ağrısı, halsızlıq, hətta iflic və ölümə qədər çatan ağır fəsadlara səbəb ola bilər.

Rəvan Rzazadə

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!