Təhlükəli virus yayıldı – Bu heyvandan insanlara keçir

saytların hazırlanması

Evə çatdırılma

Təhlükəli virus yayıldı – Bu heyvandan insanlara keçir

Sağlamlıq

26 Sentyabr 2025 14:04 967


Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzi tərəfindən edilən açıqlamada, paytaxt Abuca ilə yanaşı, digər 21 ştatda da Lassa qızdırması hallarının artmaqda davam etdiyi bildirilib.

Yenisabah.az xəbər verir ki, 25-31 avqust tarixləri arasında ölkədə 10 yeni Lassa hadisəsi qeydə alınıb, bununla da 1-31 avqust tarixləri arasında Lassaya yoluxma sayı 871-ə yüksəlib. Keçən il isə ölkə üzrə Lassa virusundan 190 nəfər dünyasını dəyişib.

Nigeriya hökuməti 23 yanvar 2019-cu ildə Lassa qızdırması səbəbindən fövqəladə vəziyyət elan edib. Marqarita pizza

Mali, Toqo, Qana, Liberiya və Sierra Leone kimi bir çox Afrika ölkəsində müşahidə edilən Lassa qızdırması ilk dəfə Nigeriyada 1969-cu ildə ölkənin şimal-şərqindəki Borno əyalətində aşkarlanıb.

Siçan nəcisi ilə təmas zamanı keçən xəstəlik insandan insana keçə bilər və ölümcül hemorragik qızdırma yaradır.

Səlahiyyətlilər əhalini siçan və digər gəmiricilərlə təmasdan çəkinməyə çağırır.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!