Bakcell və ENGİNET “Təhlükəsiz İnternet günü” ilə bağlı təlimlər keçirib.
“Yeni Sabah xəbər verir ki, məktəblilər üçün Beynəlxalq "Təhlükəsiz İnternet günü" və "Fərdi məlumatların mühafizəsi günü" ilə bağlı təlimlər keçirib. “İnternetdən təhlükəsiz istifadə” metodlarına dair növbəti maarifləndirici təlimlər Xəzər Universiteti, Dünya Məktəbi və Hədəf Liseyində təşkil edilib.
Təhsil Nazirliyinin dəstəyi ilə icra olunan “Təhlükəsiz İnternet” layihəsi çərçivəsində təşkil olunan təlimlər zamanı şagirdlərə və pedaqoji heyətə təhsilin inkişafında faydalı resurs mənbəyi olan internet mühitindəki zərərli məzmunlar barədə məlumat verilərək internetdən təhlükəsiz istifadəyə dair qaydalar izah olunub. Həmçinin şagirdlərə Bakcell və ENGİNET şirkətlərinin birgə hazırladıqları “Təhlükəsiz İnternet Paketləri” barədə geniş məlumat verilib. Marqarita pizza
Telegram kanalımız