“Təhlükəsiz yol, yaxşı yol” layihəsinin iştirakçıları imtahan veriblər.
“Yeni Sabah” xəbər verir ki, layihə müddətində iştirakçılara şəhər nəqliyyatında, yollarda ictimai davranış qaydaları, təhlükəsiz gənc sürücü, dönmə əməliyyatı, icazə verilən maksimum hərəkət sürətləri, nizamlayıcının göstərişləri, qəza nişanları, minik avtomobillərinin idarə olunması və s. digər mövzularda qeyri – formal təhsil metodundan istifadə olunaraq təlimlər və praktiki məşğələlər keçirilib.
16 fevral tarixində Binəqədi Gənclər Evində layihə iştirakçılarının öyrəndiklərini yoxlamaq məqsədilə imtahan təşkil olunub. İştirakçılar ilk dəfə sükan arxasına əyləşərək təlim avtomobili idarə ediblər. Layihənin sonunda 30 nəfər gəncə şəhadətnamə təqdim olunub. pizza sifarişi
Layihə müddətində iştirakçılar Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Rəvanə Əliyeva, BNA-nın mətbuat katibi Mais Ağayev, texnika üzrə fəlsəfə doktoru, polkovnik Əziz Talıbov, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov kimi ekspert qonaqlarla görüşmək imkanı əldə ediblər.
Yol hərəkəti ilə bağlı nəzəri təlimlər “BELC” təhsil kompleksinin direktoru, layihənin təlimçisi Xalidşah Səlimov tərəfindən keçirilib.
Telegram kanalımız