Rusiya Prezidenti Vladimir Putinin rəhbərliyi ilə Təhlükəsizlik Şurasının daimi üzvlərinin müşavirəsi keçirilib.
Yenisabah.az xəbər verir ki, video-konfrans formatında keçirilən müşavirədə Putin dünyanın aparıcı dövlətlərində milli rəqəmsal valyutaların inkişafı ilə əlaqədar ölkəsinin maraqlarının və Rusiya maliyyə sisteminin təhlükəsizliyinin təmin edilməsindən danışacaqlarını söyləyib: “Bunlar diqqətlə peşəkar düşünməyi tələb edən ciddi məsələlərdir”.
Rusiya Prezidenti müşavirə iştirakçılarına Yaxın Şərqdə, Fələstin-İsrail münaqişəsi və Ukraynada baş verən siyasi proseslərlə bağlı çıxışlardan başlamağı təklif edib. (APA) Marqarita pizza
Telegram kanalımız