"İldə 1 ayı müsəlman olan təmiz, saf, qeybətsiz, paxıllıq hissi olmayan gözəl millətim, başladınız. Neçə gün idi şəkil qoymurdum, necə darıxmışdım fəsadlığınız üçün".
"Yeni Sabah" xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva deyib. Aktrisa istədiyi kimi yaşadığını vurğulayıb:
"Məni seçib izləyən sizsiniz. Ona görə də qəbul edəcəksiniz. Başqa yolunuz yoxdur. Ya siz məni belə qəbul edib sevəcəksiniz, ya da belə qəbul edib sevəcəksiniz. Sizin təhqir dolu "tənqidləriniz" mənim üçün o qədər önəmsizdir ki, ona görə də heç dəyişmirəm. Dəyişirəm, amma işimdə, böyüyürəm, güclənirəm. Çünki mən buyam. Siz üstümə gəldikcə, mən daha da böyüyürəm. İçinizdə sevgi bəsləyin, ancaq sevgi. Humanist olaq, camaat". pizza
Telegram kanalımız