“İrana verilən notaların faydası yoxdur, müəmmalı yüklər ərazimizə qanunsuz daşınmaqda davam edir. Tehran bizi saymırsa, daha kəsərli addımlara ehtiyac var”.
Yenisabah.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu İranın Qarabağa növbəti dəfə qanunsuz yükdaşımalarına münasibət bildirərkən deyib.
Politoloq qeyd edib ki, Qafan-Gorus yolu yenidən nəzarətə götürülməli, İranla ortaq layihələrin yenidən nəzərdən keçiriləcəyi bəyan edilməli, erməni separatçılarına yük daşıyan şirkətlər və onların rəhbərləri müəyyənləşdirilərək Azərbaycana girişləri qadağan olunmalıdır. Toyuqlu pizza
Telegram kanalımız