“Tehran Kremlə xəritə təqdim edib“ - Səfir

saytların hazırlanması

Evə çatdırılma

“Tehran Kremlə xəritə təqdim edib“ - Səfir

Dünya

16 May 2022 13:02 668


“İran və Rusiya Federasiyası neft-qaz sektorunda yaxşı qərarlar əldə ediblər”.

Yenisabah.az "RIA Novosti"yə istinadla xəbər verir ki, bunu səfir Kazem Cəlali deyib.

Onun sözlərinə görə, Tehran Moskvaya bu sənaye sahəsində əməkdaşlıq xəritəsi verib: Sezar pizza

"İran prezidenti İbrahim Rəisinin rəhbərlik etdiyi hökumətin iş gündəliyinə Rusiya şirkətləri və Rusiya hökuməti ilə enerjinin müxtəlif sahələrində əməkdaşlıq sahələrinin ciddi şəkildə nəzərdən keçirilməsi daxildir.

Tərəflər neft və qaz yataqlarının hasilatı, işlənməsi, emalı, neft emalı, neft kimyası və neft-qaz sənayesində strateji əhəmiyyət kəsb edən avadanlıq və texnologiyaların transferi sahəsində danışıqlar aparıb və yaxşı qərarlar qəbul ediblər. Hətta Rusiya ilə hərtərəfli və dolğun əməkdaşlıq xəritəsi tərtib edilib və o, Rusiya Federasiyasının rəsmilərinə təhvil verilib”.

Diplomat əlavə edib:

“İran və Rusiya şirkətləri neft-qaz sektoru üçün avadanlıq istehsalı və məhsulların sonrakı ixracı üçün birgə zavod yarada bilərlər”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!