Tehrana qoşun toplanır: Xamneyi dünyasını dəyişib? 

saytların hazırlanması

Evə çatdırılma

Tehrana qoşun toplanır: Xamneyi dünyasını dəyişib? 

Siyasət

12 Sentyabr 2022 11:22 7763


“İranda ciddi hərəkətlənmə başlayıb. Ötən gün İsfahan və Təbrizdəki ordu hissələri Tehrana aparılıb”.

“Yeni Sabah” xəbər verir ki, bunu Ümid Partiyasının sədri İqbal Ağazadə sosial şəbəkə hesabında paylaşıb. Onun sözlərinə görə, İranın dini rəhbəri ayətulla Əli Xamneyinin dünyasını dəyişməsi güman edilən versiyalardan biridir:

“Hakimiyyət içərisində ciddi qarşıdurma var. Yeni dini rəhbərin kim olacağı barədə bir neçə qrup və maraqlı dövlətlərin mübarizəsi gedir. Güney Azərbaycan üçün mübarizənin yeni mərhələsi başlayacaq. Bunu bilən fars hakimiyyəti güneyli liderlərin və fəalların hərəkətlərini, evlərini tam nəzarətə götürüb. Həbslər və terror da gözlənilir”. pizza sifarişi

Partiya sədri həmçinin cənublu soydaşlarımıza da müraciət edib: “Onları birliyə və ayıq-sayıqlığa, vahid mövqe nümayiş etdirməyə çağırıram. Heç bir təxribata uymadan, vahid milli cəbhədə birləşərək addım-addım istiqlalımıza yürüməliyik. Rejimi kimsə qoruya bilməyəcək. Biz Güney Azərbaycanın istiqlalı üçün sistemli, ardıcıl, qətiyyətli mübarizə dönəminə qədəm qoyuruq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!