“Tehrana səfər etmək arzum var“ - Ərdoğan

saytların hazırlanması

Evə çatdırılma

“Tehrana səfər etmək arzum var“ - Ərdoğan

Dünya

02 May 2022 18:04 605


İran prezidenti İbrahim Rəisi və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, İran lideri vəzifədaşını Fitr bayramı münasibətilə təbrik edib.

Prezident Rəisi vurğulayıb: "İslam Respublikasının siyasəti region ölkələri, xüsusilə Türkiyə ilə hərtərəfli əlaqələri əhəmiyyətli dərəcədə inkişaf etdirməkdir". Dominos pizza

O, Fələstində baş verən son hadisələri qəbuledilməz adlandıraraq deyib: "İslam ölkələrinin səyləri və müxtəlif beynəlxalq imkanlardan istifadə etməklə sionist rejimin Fələstin xalqına qarşı qeyri-insani hücumlarını dayandırmaq üçün hər cür səy göstərməliyik".

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, öz növbəsində, qeyd edib: “Ümid edirəm ki, bu bayram bütün İslam dünyası üçün sağlamlıq, firavanlıq və xoşbəxtlik mənbəyi olacaq”.

Tehrana səfər etmək arzusunu ifadə edən Ərdoğan deyib: "Türkiyə regional və beynəlxalq hadisələri müzakirə etmək, həmçinin ikitərəfli və beynəlxalq münasibətləri inkişaf etdirmək, xüsusilə də İran İslam Respublikası ilə ticarəti artırmaq üçün koordinasiya etməkdə maraqlıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!