Tehranda oruc tutmadığını deyənlər cəzalandırılacaq

saytların hazırlanması

Evə çatdırılma

Tehranda oruc tutmadığını deyənlər cəzalandırılacaq

Dünya

06 May 2019 11:08 1026


Tehranda vətəndaşlar Ramazan ayında oruc tutmadıqlarını bəyan edərsə, polis onlarla qanun çərçivəsində davranacaq.

Bunu Tehranın polis rəisi Hüseyn Rəhimi deyib.

H.Rəhimi bildirib: "Bütün vətəndaşları bu aya hörmətlə yanaşmağa çağırırıq. Hətta oruc tuta bilməyən vətəndaşlardan bunu bəyan etməmələrini istəyirik”. Pepperoni pizza

Polis rəisi əlavə edib ki, kafe və restoranların fəaliyyəti səhərdən şam azanına qədər qadağandır.

Onun sözlərinə görə, yemək sifarişi həyata keçirmək istəyən hər hansı iaşə mərkəzi polisdən lazımi icazəni almalıdır.

H.Rəhimi bildirib ki, otellər və kinoteatrlar iftardan səhərədək fəaliyyət göstərə bilərlər.

Trend


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!