“İran Rusiya prezidenti Vladimir Putinin Tehrana cavab səfərini gözləyir”.
Yenisabah.az “RIA Novosti”yə xəbər verir ki, bunu İslam Respublikasının Moskvadakı səfiri Kazem Cəlali bildirib.
"Biz Rusiya Federasiyasının prezidenti cənab Putini lazımi vaxtda Tehranda qəbul etməyə hazırıq. Həmçinin, Astana formatlı ölkələrin başçılarının Tehranda sammitinin keçirilməsində maraqlıyıq", - deyə səfir vurğulayıb. Marqarita pizza
Kazem Cəlali prezident İbrahim Rəisinin bu il yanvarın 19-20-də Moskvaya səfərinin iki ölkə arasında münasibətlərdə dönüş nöqtəsi olduğunu qeyd edib.
Onun sözlərinə görə, son bir neçə ayda iki ölkə prezidentlərinin razılaşmalarının həyata keçirilməsi məqsədilə müxtəlif sahələri təmsil edən çoxsaylı nümayəndə heyətlərinin səfərləri baş tutub.
Telegram kanalımız