İranın paytaxtı Tehranda fəaliyyət göstərən xəstəxanaların birində güclü partlayış baş verib.
Yenisabah.az İran KİV-lərinə istinadən xəbər verir ki, ötən gün qaz sızması nəticəsində baş verən partlayış nəticəsində 20 nəfər həlak olub. Ölənlərin 10-u tibb bacısıdır. Hadisə yerinə təcili tibbi yardım maşınları və xilasedicilər cəlb edilib.
İranın bəzi mətbuat orqanları qeyd ediblər ki, partlayış xəstəxananın təsərrüfat işlərinə məsul şəxslərin məsuliyyətsizliyi nəticəsində baş verib. Sezar pizza
Hüquq-mühafizə orqanları faktla bağlı araşdırmalara başlayıblar.
Telegram kanalımız