Təhsil naziri Türkiyə nümayəndə heyəti ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Təhsil naziri Türkiyə nümayəndə heyəti ilə görüşdü

Siyasət

25 May 2021 20:39 987


Mayın 25-də təhsil naziri Emin Əmrullayev Türkiyə Respublikası Qazi Universitetinin rektoru Musa Yıldızın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Yenisabah.az-a Təhsil Nazirliyindən bildirilib.

Görüş zamanı təhsil naziri Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında ali təhsil sahəsində əməkdaşlıq çərçivəsində görülən işlər barədə qonaqlara məlumat verib. pizza

Nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Qazi Universiteti ilə Azərbaycan Texniki Universiteti arasında ikili diplom proqramı haqqında müqavilənin və Mingəçevir Dövlət Universiteti ilə əməkdaşlıq protokolunun imzalanması yüksək qiymətləndirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!