Təhsil nazirinin Gürcüstana səfəri başladı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Təhsil nazirinin Gürcüstana səfəri başladı - Foto

Siyasət

20 Fevral 2022 14:38 715


Təhsil naziri Emin Əmrullayevin Gürcüstana səfəri başlayıb.

Yenisabah.az xəbər verir ki, Emin Əmrullayev səfərinə Tbilisidəki Heydər Əliyev parkında Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək başlayıb.

Nazir fevralın 21-də Gürcüstanın təhsil naziri Mixeil Çxenkeli ilə görüşəcək. Görüşü zamanı “Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Gürcüstanın Təhsil və Elm Nazirliyi arasında əməkdaşlıq razılaşması” imzalanacaq. Görüşdən sonra nazirlərin mətbuata birgə açıqlaması olacaq. Toyuqlu pizza

Emin Əmrullayevin Tbilisidəki müxtəlif universitetlərin rektorları ilə görüşlər keçirəcəyi və iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi istiqamətində müzakirələr aparacağı bildirilib.

Fevralın 22-də isə Gürcüstan Baş naziri İrakli Qaribaşvili ilə görüşəcək.

Səfər proqramına əsasən, Emin Əmrullayev Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli, Bolnisi, Dmanisi, Qardabani və digər rayonlardakı azərbaycandilli məktəblərin müəllimləri və direktorları ilə də görüşlər keçirəcək.

Təhsil nazirinin Gürcüstana səfəri fevralın 23-də başa çatacaq.

Təhsil nazirinin Gürcüstana səfəri başlayıb - FOTO Təhsil nazirinin Gürcüstana səfəri başlayıb - FOTO Təhsil nazirinin Gürcüstana səfəri başlayıb - FOTO Təhsil nazirinin Gürcüstana səfəri başlayıb - FOTO Təhsil nazirinin Gürcüstana səfəri başlayıb - FOTO Təhsil nazirinin Gürcüstana səfəri başlayıb - FOTO Təhsil nazirinin Gürcüstana səfəri başlayıb - FOTO Təhsil nazirinin Gürcüstana səfəri başlayıb - FOTO

APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!