Təhsil Nazirliyi məktəbdəki dava ilə bağlı araşdırmaya başladı

saytların hazırlanması

Evə çatdırılma

Təhsil Nazirliyi məktəbdəki dava ilə bağlı araşdırmaya başladı

Sosial

09 Fevral 2019 18:32 1437


Xəbər verdiyimiz kimi Gəncə şəhər  M.Hadi adına 10 saylı məktəbdə baş verən qalmaqalla bağlı video yayılmışdı. 

Məsələylə bağlı Gəncə şəhər Təhsil Şöbəsinin müdiri Zakir Hüseynov “Yeni Sabah”a açıqlamasında bildirib ki, bu, müəllimə ilə valideyn arasında olan münaqişədir:

“Bununla bağlı Təhsil Nazirliyi araşdırma aparır və mətbuata məlumat veriləcək. Hadisə 3 gün əvvəl baş verib”. pizza hut

Z.Hüseynov  direktorun adının hallanması ilə bağlı bildirib ki, videonu  direktoru istəməyən adam çəkib, qəsdən yayımlayıb.

O, məktəbdə əvvəl belə bir halın yaşanmadığını vurğulayıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!