“Təhsil sahəsində islahatlar davamlı olacaq” – Kamilə Əliyeva

saytların hazırlanması

Evə çatdırılma

“Təhsil sahəsində islahatlar davamlı olacaq” – Kamilə Əliyeva

Sosial

15 Fevral 2019 15:32 1607


“Prezident İlham Əliyevin Azərbaycanın ali təhsil və orta ixtisas təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində əyani təhsil alan tələbələrə təqaüdlərin verilməsi ilə bağlı sərəncamı təhsilə qayğının növbəti təzahürü kimi qiymətləndirilməlidir”.

Bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Kamilə Əliyeva “Yeni Sabah”a açıqlamasında deyib. O bildirib ki, təqaüdlərin artırılması tələbələri ruhlandıracaq,  gənclərin sosial vəziyyətinin yaxşılaşmasına səbəb olacaq:

“Elm-təhsil işçisi kimi daim tələbələrlə ünsiyyətdə olduğum üçün prezidentin təqaüdlərlə bağlı sərəncamının necə əhəmiyyətli olduğunu anlayıram.  Təhsil həmişə siyasətimizin prioritet sahəsidir. Istər  Heydər Əliyevin dövründə, istəsə də indi, həmin siyasət uğurla davam etdirilir və təhsilə diqqət yetirilir. Tələbələrin  təhsil şəraitinin, maddi vəziyyətinin   yaxşılaşdırılması ilə əlaqədar müxtəlif sərəncamlar imzalanır. Bu da növbəti sərəncam idi və valideynlər, tələbələr tərəfindən yüksək qiymətləndirildi. Bilirsiniz, tələbələrimizin əksəriyyəti müxtəlif rayonlarda təhsil alırlar, bəzilərinin ailə vəziyyəti, maddi durumu bu istiqamətdə çətinlik yaradırdı.  Bu baxımdan tələbələrin təqaüdünün bu qədər artması özlərini  hər istiqamətdə təmin etməklərinə səbəb olacaq. Təqaüdlər bütün istiqamətlərdə artırıldı – bakalavrlar, magistrlar, doktorantlar, prezident təqaüdləri... Ona görə də tələbələrim,  onların valideynləri və öz adımdan prezidentə təşəkkür edirəm”. Toyuqlu pizza

Deputat təhsil sahəsində bundan sonra atılacaq addımlardan da söz açıb:

“Ümumiyyətlə, prezident İlham Əliyev  daim təhsil sisteminə qayğı göstərir. Bu istiqamətdə islahatlar aparılır. Təhsil sistemi deyəndə yalnız ali məktəbləri deyil, digər kateqoriyaları da nəzərdə tuturam. Son zamanlar təhsil sahəsində  kifayət qədər islahatlar aparılıb və bu da cəmiyyət tərəfindən müsbət qarşılanıb. Bu gün bizim təhsil sistemimiz artıq Avropa təhsil sistemi səviyyəsinə çatdırılıb. Güman edirəm ki, islahatlar davamlı olacaq”.

Günay Rəsulqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!