Təhsil sistemində inqilabi dəyişiklik: Məleykə Abbaszadəni o əvəz edəcək

saytların hazırlanması

Evə çatdırılma

Təhsil sistemində inqilabi dəyişiklik: Məleykə Abbaszadəni o əvəz edəcək

Siyasət

08 Avqust 2023 08:55 50272


Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə yaxın vaxtlarda istefaya göndəriləcək. DİM sədri ilə bağlı qərar sentyabrın ilk ongünlüyündə elan olunacağı gözlənilir.

Yenisabah.az-ın əldə etdiyi məlumata görə, xanım Abbaszadə ilə bağlı mövqe qətiləşib. Bu il keçirilən buraxılış və birinci blok imtahanlarından sonra şikayətlərin kütləvi xarakter alması bu sektorda dəyişiklikləri qaçılmaz edib. İqtidar düşərgəsində Məleykə Abbaszadənin təxminən 30 il davam edən hakimiyyətinə son qoyulmasının vaxtı çatdığına dair yekdil mövqe var.

Məlumatlı şəxs Məleykə Abbaszadəni əvəzləyəcək şəxsin kimliyini də açıqlayıb. Onun sözlərinə görə, Məleykə Abbaszadənin vəzifəsi Elm və təhsil naziri Emin Əmrullayevə həvalə olunacaq. Məktəblərdəki neqativ halların ictimailəşməsindən sonra sürətlə nüfuzdan düşən gənc nazirin bu təyinata özünün xilası kimi baxdığı deyilir. Əmrullayevin karyerası ilə bağlı yeni qərarın yeni tədris ili başlayana kimi veriləcəyi gözlənilir. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!