Tək insanlar 14 fevralı necə qeyd edə bilər? – TƏKLİF

saytların hazırlanması

Evə çatdırılma

Tək insanlar 14 fevralı necə qeyd edə bilər? – TƏKLİF

Sosial

14 Fevral 2024 08:28 477


Əgər 14 fevralda təksinizsə, Sevgililər Günündən qaçmaq məcburiyyətində deyilsiniz.

Oxu.Az xarici mediaya istinadən məlumat verir ki, bu günü ailə, dostlar və ya tək qeyd etmək olar.

Bildirilib ki, özünüzü xoş bir alış-verişlə sevindirə bilərsiniz. Məsələn, çoxdan özünüz üçün almaq istədiyinizi bir şeyi hədiyyə edin. Bu günü özünüzə qayğı göstərməyə həsr edin. Günü sizə sevinc və zövq verən işlərlə keçirməyi planlaşdırın. Toyuqlu pizza

Bu, təmiz havada gəzinti, sevimli hobbi ilə məşğul olmaq və ya ailə, dostlarla vaxt keçirmək əla seçim ola bilər.

Yenilikləri sınayın, fiziki sağlamlığınıza fikir verin. Daimi məşq, sağlam, balanslı qidalanma və kifayət qədər yuxu almaq özünü sevmək və psixi sağlamlıq problemlərindən qaçmaq üçün əsas yollardır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!