“Tək qalmışıq, NATO-da hamı bizə dəstək verməkdən qorxur”

saytların hazırlanması

Evə çatdırılma

“Tək qalmışıq, NATO-da hamı bizə dəstək verməkdən qorxur”

Siyasət

25 Fevral 2022 08:38 2141


“Bu gün başqa dövlətlərin rəhbərləri ilə nə qədər söhbət etmişəmsə də, bir neçə şey eşitmişəm. Birincisi, bizə dəstək verilir. Mən Ukraynaya xüsusi yardım edən hər bir dövlətə minnətdaram. Yalnız sözlərlə deyil. Amma ikinci bir şey də var - dövlətimizin müdafiəsində tək qalmışıq. Kim bizimlə döyüşməyə hazırdır? Mən bunları görmürəm. Ukraynaya NATO-ya daxil olmaq üçün kim zəmanət verməyə hazırdır? Hamı qorxur”.

Bunları Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciətində deyib.

Ukrayna lideri Rusiyanın danışıq təkliflərinə də toxunub: “Bu gün Moskvadan eşitdik ki, onlar hələ də danışmaq istəyirlər. Onlar Ukraynanın neytral statusundan danışmaq istəyirlər. pizza mizza

Mən dövlətimizin bütün tərəfdaşlarına deyirəm: indi ölkəmizin taleyi həll olunur. Onlardan soruşuram: bizimləsiniz? Onlar buna bizimlə olmaları ilə cavab verirlər. Amma bizi də özləri ilə Alyansa aparmağa hazır deyillər”.

“Mən Avropanın iyirmi yeddi dövlətinin liderindən Ukraynanın NATO-da olub-olmadığını soruşdum. Birbaşa soruşdum. Onların hamısı qorxur. Amma biz qorxmuruq. Bəs biz hansı təhlükəsizlik zəmanətlərinə malik olacağıq? Onu hansı ölkələr verəcək?”, - Zelenski deyib.

Ukrayna lideri vurğulayıb ki, bu işğalın sonu haqqında danışmaq lazımdır: “Alovun dayandırılması haqqında danışmaq lazımdır.

Amma indi ölkənin taleyi bütünlüklə ordumuzdan, təhlükəsizlik qüvvələrimizdən, bütün müdafiəçilərimizdən asılıdır. Xalqımız, sizin müdrikliyinizdən”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!