“Təklifimiz rədd edildi” – Paşinyan Soçi görüşünün yeni detalını açıqladı

saytların hazırlanması

Evə çatdırılma

“Təklifimiz rədd edildi” – Paşinyan Soçi görüşünün yeni detalını açıqladı

Siyasət

02 Noyabr 2022 12:16 1443


Ermənistan Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin sammitində Qarabağdakı Rusiya sülhməramlılarının mandatının uzadılması barədə təkliflə çıxış edib.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə büdcə müzakirələri zamanı çıxışında deyib.

O qeyd edib ki, amma bu təklif rədd edilib. pizza hut

Paşinyan sülhməramlıların mandatının uzadılması məsələsinin gündəmdə qalacağını əlavə edib.

“Biz mandatın qeyri-müəyyən müddətə – 5 il, 20 il uzadılmasını təklif etdik. Bu təklif qəbul olunmasa da, fikrimcə, məsələ artıq aktualdır və gündəliyə salınacaq”, – o deyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!