Tələbə adı qazananların 89 faizi qeydiyyatdan keçib

saytların hazırlanması

Evə çatdırılma

Tələbə adı qazananların 89 faizi qeydiyyatdan keçib

Maraqlı

23 Avqust 2019 15:42 1202


Ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyatı davam edir.

Dövlət İmtahan Mərkəzindən “Yeni Sabah”a daxil olan məlumata görə, avqustun 23-ü saat 17.00-a olan məlumata əsasən ali təhsil müəssisələrinə qəbul olunanların 89 faizi(o cümlədən dövlət sifarişi əsasında qəbul olunanların 97 faizi) qeydiyyatdan keçib.

Birinci mərhələdən sonra ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyatı avqustun 27-dək davam edəcək. pizza sifarişi

Ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olunanların qeydiyyatı isə bu gün başlayıb və sentyabrın 2-də bitəcək.

Qeyd edək ki, müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!