Tələbə adını qazananların NƏZƏRİNƏ - Avqustun 28-i saat 11:00-da... 

saytların hazırlanması

Evə çatdırılma

Tələbə adını qazananların NƏZƏRİNƏ - Avqustun 28-i saat 11:00-da... 

Sosial

27 Avqust 2024 11:07 265


Avqustun 28-i saat 11:00-da ali təhsil müəssisələrinə bakalavriat səviyyəsi üzrə qəbul olunanlar üçün qeydiyyat prosesinə start veriləcək.  

Bu barədə Yenisabahaz-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. 

Qeyd edilib ki, abituriyentlər https://portal.edu.az/ platformasında “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Açılan səhifədə şəxsi və qəbul məlumatlarının təsdiqi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.  Sezar pizza

Elektron sistem üzrə qeydiyyat 6 sentyabr saat 18:00-da başa çatacaq. 

Nazirlikdən bildirilib ki, müvafiq xidmət vasitəsilə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!