Tələbə qız attraksiondan yıxıldı

saytların hazırlanması

Evə çatdırılma

Tələbə qız attraksiondan yıxıldı

Hadisə

16 Sentyabr 2019 12:28 1026


Şəkidə kollec tələbəsi atraksiondan yıxılaraq ağır xəsarət alıb.

"Yeni Sabah" APA-ya istinadən xəbər verir ki, hadisə bu gün Şəki şəhərində, M. F. Axundov adına istirahət parkında baş verib. 

2003-cü il təvəllüdlü, Bərdə rayon sakini Xəyalə Vüsal qızı Durmuşova atraksiondan yıxılaraq ağır xəsarət alıb. X. Durmuşova Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.  Marqarita pizza

Məlumatda bildirilir ki, X. Durmuşovaya çanaq sümüklərinin sınığı və sidik kisəsinin partlaması diaqnozu qoyulub. Hazırda X. Durmuşovanın üzərində cərrahiyyə əməliyyatı aparılır. 

X. Durmuşova Şəki Pedaqoji Kollecinin tələbəsidir.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!