Tələbə startapçılar üçün təlimlərə start verilib

saytların hazırlanması

Evə çatdırılma

Tələbə startapçılar üçün təlimlərə start verilib

İqtisadiyyat

21 Fevral 2019 21:55 969


Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Vergilər nazirliyi ilə birgə yeni layihəyə start verib. 

“Yeni Sabah” xəbər verir ki, layihənin həyata keçirilməsində məqsəd tələbələri, yeni ideya və layihələri həyata keçirmək istəyən startapçıları, o cümlədən kiçik və mikro sahibkarları biznesə başlamanın hüquqi və praktiki tərəfi haqqında məlumatlandırmaqdır.

 Layihə çərçivəsində ilk tədbir Turizm və Menecement Universitetində reallaşıb.   Bildirilib ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “EnterpriseAzerbaijan” portalı startapların inkubasiya və akselerasiyasına təmənnasız dəstək olur. EnterpriseAzerbaijan.com portalının nümayəndəsi Oruc Dursunzadə portalın funksionallığı və təqdim etdiyi yeniliklər o cümlədən, gənc sahibkarlar üçün yaratdığı imkanlar, yerli və xarici bazarlarına çıxışın yolları haqqında ətraflı məlumat verib.  pizza mizza

 Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov isə kiçik və mikro sahibkarlara o cümlədən, startapçılara biznesə başlamaq üçün hüquqi şəxslərin 1 prosedurla onlayn dövlət qeydiyyatının həyata keçirilməsi haqqında ətraflı məlumat verilib. 

EnterpriseAzerbaijan.com portalı ölkəmizin 15-ə qədər universitetində 2000 nəfərə yaxın tələbə ilə görüşərək biznesə başlama və startap barədə maarifləndirici tədbirlər keçirəcək. Tələbələrin uğurlu layihələri EnterpriseAzerbaijan.com portalına daxil ediləcək və bu layihələr maliyyələşdirilmək üçün mələk, toxum və vençur investorlara təqdim olunacaq.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!