Tələbələr nazirliyin qarşısına toplaşdı - Aksiya

saytların hazırlanması

Evə çatdırılma

Tələbələr nazirliyin qarşısına toplaşdı - Aksiya

Xalqın səsi

04 Oktyabr 2019 14:43 2376


Azərbaycan Tibb Universitetinin tələbələri Səhiyyə Nazirliyinin qarşısında aksiya keçirib. 

“Yeni Sabah” xəbər verir ki, aksiya keçirən tələbələr ötən il ödənişli əsaslarla rezidenturaya daxil olanlardır. Onlar ödənişin ləğv olunmasını istəyirlər. 

“Bizdən əvvəl də, sonra da ödəniş olmayıb. Biz də istəyirik ki, ödənişdən azad edilək və təhsilimizi davam etdirək”, deyə tələbələr bildirib.

Onların sözlərinə görə, təhsil haqqı olaraq 4000 manat ödəyirlər. “Bu il 200 ödənişsiz yer boş qalıb. Yəni bu problemi həll etmək olar” deyən tələbələr bildirib ki 4000 manatı ödəmək onlar üçün çox çətindir. “Kimsə borc götürüb ödəyir, çox çətindir”,- deyə tələbələr əlavə edib. pizza sifarişi

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!