Strasburq Universitetinin Yer Elmləri Məktəbi və Rəsədxanasının direktor müavini , professor Alessia Maggi AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində olub.
RSXM-nin baş direktoru , AMEA-nın müxbir üzvü , professor Qurban Yetirmişli ilə görüşən qonaq Azərbaycanda aparılan seysmoloji tədqiqatların onlarda maraq doğurduğunu bildirib.
Bakıda fəaliyyət göstərən Fransa-Azərbaycan Universitetində Yer Elmləri sahəsi üzrə mütəxəssislərin hazırlandığını deyən Alessia Meggi “Biz öz tələbələrimizin Sizin təşkilatınızda təcrübə keçməsinə maraqlıyıq. Çünki burda aparılan işlər, Seysmik Monitorinq Şəbəkəsinin fəaliyyəti yüksək səviyyədədir. Hesab edirik ki, qarşılıqlı əməkdaşlıq çərçivəsində tələbələrimiz burda çox şey öyrənə bilər”-deyib. Görüşdən əvvəl RSXM-nin Seysmik Monitorinq Şəbəkəsində görülən işlərlə tanış olduqlarını bildirən qonaq həmçinin, RSXM-nin alimlərinin Fransa-Azərbaycan Universitetində mühazirələrini təşkil etmək niyyətində olduqlarını deyib. Sezar pizza
RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli Azərbaycanda aparılan seysmoloji tədqiqatlar haqqında danışarkən bildirib ki, mərkəzdə elmi tədqiqatlar kompleks şəkildə aparılır. “Bizim təşkilat tərəfindən respublika ərazisində seysmoloji, geofiziki, geodinamik və geokimyəvi tədqiqatlar aparılır və bütün sahələr üzrə əldə olunmuş nəticələr ən müasir proqramlarla emal edilir”. Baş direktor Fransa-Azərbaycan Universiteti tələbələrinin RSXM-də təcrübə keçməsinin mümkün olduğunu qeyd edib. Görüşdə fransalı qonaq həmçinin RSXM-də görülən işlərə dair təqdimatla tanış olub.
O, gələcəkdə təmsil etdiyi Strasburq Universiteti ilə RSXM arasında da ikitərəfli əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edərək, “Biz Sizin gördüyünüz işləri çox yüksək qiymətləndiririk. Mən buraya gəlməmişdən əvvəl təşkilatınız və burda görülən işlər haqqında məlumatlarla tanış olmuşam . Bu gün bu işlərlə daha yaxından tanış oldum . Ona görə də hesab edirəm gələcəkdə biz tələbələrin təcrübəsi məsələsi ilə yanaşı , birgə layihələrdə də iştiak edə bilərik”. Sonda qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Telegram kanalımız