Telefonu yalnız özü zəng edəndə işlədən adam...

saytların hazırlanması

Evə çatdırılma

Telefonu yalnız özü zəng edəndə işlədən adam...

İdman

20 Aprel 2019 22:03 1352


Bu gün "Neftçi"nin sabiq baş məşqçisi mərhum Böyükağa Hacıyevin doğum günüdür.

ATV telekanalının idman jurnalisti Sənan Şəfizadə "Yeni Sabah"a Böyükağa Hacıyevlə bağlı xatirələrindən danışıb. S.Şəfizadə Böyükağa Hacıyevin savadlı biri olduğunu, onunla aralarının çox yaxşı olduğunu söyləyib və bir sıra maraqlı nüanslara toxunub:

"Böyükağa müəllim çox savadlı, mütaliə etməyi sevən biri idi, hər zaman yanında kitab olardı. Sözü üzə deyən insan idi, buna görə çox adam ondan çəkinərdi. Media üçün maraqlı sima sayılırdı. Müsahibələri yüksək reytinqlə oxunurdu. Çünki o, şablonlardan kənara çıxmağı bacara bilirdi. Pepperoni pizza

"Neftçi"  Gürcüstan komandasını məğlub etdiyi gün o, Moskvada əməliyyat olunmuşdu. Deyir, "əməliyyat bitdi, gözümü açanda palatada ilk Sadıq müəllimi gördüm. Səhhətimə görə elə bildim, bir də işləməyəcəm. Amma Sadıq müəllim mənə dedi ki, Böyük, qayıt. Uşaqlar səni gözləyir, sən işləyəcəksən. Bu elə bil, mənə həyat verdi".

Azsaylı insan idim ki, ona günün 24 saatı zəng edə bilirdim. Məndə onun nömrələri hələ də qalmaqdadır. Bir dəfə axşam saatlarında ona zəng vurdum ki, deyirlər, Jaba "Neftçi"yə gəlir. Cavab verdi ki, Sənan, Jaba mənim üçün işlənmiş kartdır". 

Həkimlər ona şüadan uzaq qalmağı tapşırmışdı. Telefonu həmişə cibində sönük saxlayırdı. Yəqin ki, belə bir insan tanımırsınız. Yandırır, yığır, danışır, söndürür. 

İtaliyada "İnter" klubuna qarşı "Neftçi"nin matçı keçiriləcəkdi. Mətbuat konfransında italiyalı jurnalist soruşdu ki, siz yəqin ki, müdafiə futbolu oynayacaqsınız. Böyükağa müəllim bunu görüb əsəbiləşdi: Nə müdafiə?! Sabah "Neftçi" hücum futbolu oynayacaq, vəssalam!"

Bir dəfə milli komandamızın keçmiş baş məşqçisi Berti Foqs gəlib "Qarabağ" - "Neftçi"nin oyununa baxdı. Çıxanda jurnalistlərə açıqlamasında bildirdi ki, "Neftçi" 20 dəqiqəlik komandadır. Axşam zəng edib söylədim ki, Böyükağa müəllim, Berti Foqs bu cür açıqlama verib. Onda da belə bir xasiyyət vardı, özünə nə deyirsən de, amma "Neftçi"yə nəsə deyəndə sanki onu təhqir edirdin. 

Bunu eşidib əsəbləşdi: "Götürsün yığmanı, mən də "Neftçi"ni. Harda istəyir oynayaq, görək "Neftçi" 20 dəqiqəlik komandadır?!" 

Moskvada keçirilən "Birlik" kuboku yarışında bir yerdəydik. Axşam otelin foyesində gəzirdi ki, birdən hansısa futbolçu aşağı düşər. Saat 9-da hamı yatmalı idi. Futbolçulardan biri 11-də su içmək üçün aşağı enmişdi. Buna görə onu nə qədər danlamışdı. Bu cür intizamı sevən biri idi. 

"Qarabağ"la matçlarda uduzanda "mənim qardaşım Qurbanın komandasına uduzmaq pis deyil. Qurban yaxşı məşqçidir" deyirdi.

Son zamanlarında xəstəxanada görəndə pis olmuşdum. Taqətsiz görünürdü. İçəri girib hal-əhval tutanda  soruşmuşdu ki, "dədə, "Neftçi" neylədi?" "Neftçi"yə ürəkdən bağlı idi".

Allah rəhmət eləsin!

Naibə Məmmədova

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!