Telefonun batareyasının ömrünü uzatmağın yolları açıqlandı – FOTO

saytların hazırlanması

Evə çatdırılma

Telefonun batareyasının ömrünü uzatmağın yolları açıqlandı – FOTO

Rəqəmsal

22 İyul 2023 07:35 6642


Parametrlərdə “Wi-Fi” şəbəkələri və “Bluetooth” cihazları üçün avtomatik axtarışın söndürülməsi smartfonun batareyasının ömrünü uzadacaq.

Bu barədə Rusiyanın Keyfiyyət Sisteminin (“Roskaçestvo”) mütəxəssisləri bildiriblər.

Onların sözlərinə görə, beləliklə telefon davamlı olaraq xarici siqnalları axtarmağı dayandıracaq, bu da ümumilikdə yükü yüngülləşdirir. Dördpendirli pizza

Mütəxəssislər lazımsız “push” bildirişlərindən, həmçinin animasiya ilə canlı divar kağızlarından imtina etməyə çağırıblar. Onların sözlərinə görə, ekran smartfonun ən “qarınqulu” elementidir - o nə qədər az işləsə, bir o qədər az enerji sərf olunur. Bildirilir ki, canlı divar kağızları prosessorun yükünü artırır, bu da smartfonun batareyasını daha tez boşaldır.

“Bundan əlavə, “Diaqnostika üçün məlumat göndər” funksiyasını deaktiv etməlisiniz. Bu, qadceti sürətləndirəcək və həmçinin tərtibatçıların fəaliyyət məlumatlarını öz serverlərinə göndərməsinə mane olacaq”, - deyə ekspertlər əlavə ediblər.

Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!