Telefonunuzu hamama aparmayın -   TƏHLÜKƏ SAÇIR

saytların hazırlanması

Evə çatdırılma

Telefonunuzu hamama aparmayın - TƏHLÜKƏ SAÇIR

Sağlamlıq

01 Fevral 2025 13:38 466


Bir çox insan duş alarkən musiqi dinləməyə və ya videolar izləməyə adət edib. Bunun üçün də əksər hallarda telefonlar hamama aparılır. Lakin bu sadə görünən bir vərdiş deyil, çünki telefonunuz üçün ciddi təhlükə yarada bilir.

 Telefonların suya davamlı olduğu düşünülsə də, əsl problem su damcıları deyil. Əsas təhlükə hamamda yaranan buxar və nəmin telefonun dərin qatlarına sızmasıdır. Bu nəm cihazın daxili mexanizmlərinə ziyan vurmaqla yanaşı, qoruyucu (kabura) daxilində kif və göbələk yaranmasına səbəb olur.

Təhlükə tək kif deyil Dominos pizza

Telefonunuz suya davamlı olsa da, daxili mikrosxemlər nəmdən təsir görərək korlana bilir. Xüsusilə dəri qoruyucular daha təhlükəlidir, çünki dəri təbii və məsaməli materialdır, nəmi asanlıqla sovurur və kif yaranması üçün ideal mühit yaradır.

Sağlamlığınız təhlükə altında ola bilər

ABŞ-nin Çevrənin Mühafizəsi Agentliyinin (EPA) məlumatına görə, kif istənilən yerdə yaranır. Zəhərli kifə məruz qalmaq öskürək, asqırma, burun axması, astma və sərhədlənən tənəffüs problemlərinə yol aça bilir.

Nə etmək lazımdır?

Telefonunuzu duş alarkən hamama aparmayın;

Telefon qoruyucunuzu (kabura) mütəmadi təmizləyin;

Hamamda havalandırma sistemindən istifadə edin.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!