“Telegram” istifadəçiləri üçün xoş olmayan sürpriz

saytların hazırlanması

Evə çatdırılma

“Telegram” istifadəçiləri üçün xoş olmayan sürpriz

Rəqəmsal

16 Oktyabr 2022 08:04 3201


“Telegram” messencerində standart funksiyalardan biri pullu olub. Belə ki, artıq yalnız “Premium” abunəçiləri çatlarda kanallar adından mesaj dərc edə biləcək.

Məlumata görə, artıq “Premium” abunəsi olmayan hesablar kanal adından şərhlərdə və qruplarda yaza bilmirlər (yalnız şəxsi hesabı adından mümkündür). Bu funksiya əvvəllər abunə olmadan mövcud idi.

“Telegram”ın tərtibat komandasına yaxın mənbə bildirib ki, bu funksiyadan spamerlər sui-istifadə ediblər və məhz bununla əlaqədar olaraq funksiyanın ödənişli abunəliyə keçirilməsi barədə qərar qəbul edilib. Sezar pizza

Qeyd edək ki, cari ilin iyun ayında “Telegram” daxilində ödənişli funksiyalar elan edilən zaman messencerin yaradıcısı Pavel Durov əmin etmişdi ki, hazırda bütün mövcud funksiyalar pulsuz olaraq qalacaq, gələcəkdə isə daha bir çox yeni pulsuz funksiyalar peyda olacaq.

Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!