“Telegram” Rusiyada növbəti dəfə cərimələndi

saytların hazırlanması

Evə çatdırılma

“Telegram” Rusiyada növbəti dəfə cərimələndi

Rəqəmsal

18 Dekabr 2025 21:32 1200


Moskva məhkəməsi “Telegram” platformasına 6 milyon rubl məbləğində maliyyə sanksiyası tətbiq edib.

"Yeni Sabah" xəbər verir ki,  bu barədə paytaxt məhkəmələrinin mətbuat xidməti açıqlama yayıb.

Məhkəmənin qərarında bildirilir ki, şirkət kütləvi informasiya vasitələri, rabitə və informasiya texnologiyaları sahəsinə nəzarət edən federal qurumun tələblərini yerinə yetirmədiyi üçün məsuliyyətə cəlb olunub. pizza sifarişi

Qeyd edək ki, oktyabr ayında Moskvanın Taqanski Rayon Məhkəməsi də “Telegram Messenger Inc.” barəsində inzibati xəta ilə bağlı qərar çıxarmış və şirkət 7 milyon rubl cərimələnmişdi.

Bundan əvvəl, sentyabr ayında isə eyni məhkəmə platformanı qanunvericiliyə zidd məlumatların silinməməsinə görə 3,5 milyon rubl məbləğində cərimə etmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!