Telegramda yayılan yeni fırıldaq növü barədə XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Telegramda yayılan yeni fırıldaq növü barədə XƏBƏRDARLIQ

Rəqəmsal

20 Oktyabr 2024 11:28 4736


"Telegram" messencerinin istifadəçiləri dələduzlar tərəfindən yeni fırıldaq növü ilə rastlaşırlar.

BAKU.WS-in məlumatına görə, dələduzlar bəzi ölkələrdə zərərli proqram təminatını foto adı altında insanlara göndərməyə başlayıblar.

Kibercinayətkarlar insanları tələyə salmaq üçün real şəxslərə məxsus şəkillərdən istifadə edirlər. Belə ki, istifadəçilərə göndərilən mesajda "Salam, şəkildəki şəxs sənsən?"-deyə sual yazırlar. Sezar pizza

Göndərilən şəkilə baxmaq üçün həmin fayla daxil olmaq istifadəçilərin şəxsi məlumatlarının ələ keçməsi ilə nəticələnir.

Bundan əlavə istifadəçilərə "Telegram" hesabınız tezliklə silinəcək" adlı mesajlar da göndərilir. Bu sxemdə istifadəçiyə guya "Telegram" tətbiqinin texniki dəstəyindən mesaj gəlir və hesabın silinməməsi üçün SMS kod tələb olunur.

Daha sonra fırıldaqçılar saxta "Telegram", "Gosuslugi" və ya başqa sayt linkini göndərirlər. İstifadəçi telefon nömrəsini və digər məlumatları daxil edir. Bunu etdiyi təqdirdə telefonundakı şəxsi hesablar, bank məlumatları qarşı tərəfin ixtiyarına keçir. Beləliklə dələduzlar istifadəçilərin pullarını mənimsəmiş olurlar.

"Telegram" istifadəçiləri bu kimi hallar zamanı qurbana çevrilməmək üçün tanımadığı şəxslərin mesajlarına daxil olmamalı və hər hansı faylı yükləməməlidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!