“Bədii Şura anlayışı təəssüf ki, doğru qavranılmayıb. Bu təcrübə bizdə vaxtikən olub”.
Bunu media eksperti Qulu Məhərrəmli “Yeni Sabah”a özəl telekanallarda yeni fəaliyyətə başlayan Bədii Şuralardan danışarkən bildirib. O, əvvəlki dövrlə indiki dövrü müqayisə edib:
“Sovet dönəmində musiqi əsərlərinin qiymətləndirilməsi və qəbul edilməsi ilə bağlı çox nüfuzlu bəstəkarlardan ibarət Bədii Şura var idi. Orada kiyafət qədər nüfuzlu və profesional şəxslər təmsil olunurdu. Amma bu gün televiziyalarda yaranan, adını Bədii Şura qoyduqları quruma moda kimi baxırlar. Yaratdıqları Bədii Şura ilə televiziyalar özlərinə imic formalaşdırmağa və nüfuz qazanmağa çalışırlar. Toyuqlu pizza
Şura üzvlərinə gəldikdə isə bunlar müxtəlif peşə sahibləri də ola bilər. Təkcə şou-biznes və musiqi nümayanəndələri deyil… Bunun ideal forması İctimai TV-də fəaliyyət göstərən Yayım Şurasıdır. Onlar həm proqram siyasətinə, həm də telekanalda yaradıcılıq işinə təsir edə bilirlər.
Bizim Bədii Şuralar yanarkən niyə çox söz-söhbət çıxır, bilirsinizmi? Ola bilsin, yeni yaradılan şuralarda öz sahəsində müəyyən uğur qazanmış müğənnilər, bəstəkarlar var. Amma televiziya kimi çoxşaxəli bir yayım qurumunda bu şəxlərin rəy verib qiymətləndirməsi biraz müşkül görünür. Bütün bu etirazlar bunlarla bağlıdır”.
Qulu Məhərrəmli həmçinin, televiziya kanallarının öz əməkdaşını Bədii Şuraya üzv seçməsini doğru addım hesab etməyib:
“Əgər bu Bədii Şuradırsa, belə hal qəti doğru deyil. Bir aparıcı sabah onun proqramını qiymətləndirmək lazım olduqda Bədii Şurada nə danışa biləcək? Hansı qərarı qəbul edəcək? Obyektiv ola biləcəkmi? Tam səmimi deyirəm ki, özəl kanallarda Bədii Şuraların hər hansı bir effekt verəcəyinə əmin deyiləm. Bu sadəcə proqramı hazırlayanların üzərindən ictimai məsuliyyəti götürmək məqsədi güdür”.
Əcəmi Əsədulla
Telegram kanalımız