Televiziya kanalımız məşhur lahiyənin liseziyasını aldı

saytların hazırlanması

Evə çatdırılma

Televiziya kanalımız məşhur lahiyənin liseziyasını aldı

Rəqəmsal

09 Aprel 2019 16:49 1277


İctimai Televiziya və Radio Yayımları Şirkəti daha bir məşhur layihənin lisenziyasını alıb.

Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən "Yeni Sabah"a bildiriblər ki, İTV “Talpa Global B.V” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

Sənədə əsasən şirkətin əsas layihəsi yeni mövsümdən etibarən İctimai Televiziyada yayımlanacaq. Toyuqlu pizza

Müsabiqəyə ilk olaraq uşaqlarla start veriləcək. Özünü bu səhnədə görmək istəyənlər öncə qeydiyyatdan keçəcəklər. Uyğun sayılan iştirakçı seçim mərhələsinə dəvət ediləcək və məharətini münsiflər heyətinə göstərməyə çalışacaq.

Daha sonra isə eyni qayda əsasında böyüklərin yarışı start götürəcək.

Telelayihədə iştiraka dair kastinq və digər məlumatlar haqqında yaxın günlərdə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, “Talpa Global B.V” “Səs” (The voice) kimi yüzlərlə tamaşaçı auditoriyası olan məşhur mahnı müsabiqəsinin müəllifidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!