Ermənistanda 25 günlük hərbi təlimdən yayınmaya görə verilən cəza sərtləşdiriləcək.
Yenisabah.az "Joxovurd"a istinadla xəbər verir ki, martın 13-də müdafiə naziri Suren Papikyan parlamentin müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasında hökumət və müxalifət nümayəndələri ilə qapalı görüşə qatılıb.
Görüşün bəzi təfərrüatları məlum olub. Nazir və deputatlar qanun layihələri paketini müzakirə ediblər. Hökumət 25 günlük təlim-məşq toplanışından yayınanlara verilən cəzanın sərtləşdirilməsini təklif edir. Dominos pizza
Təklif cərimə və hətta mühakimə: 2 aydan 2 ilədək müddətə azadlıqdan məhrum etmə.
Xatırladaq ki, Ermənistanda növbəti 25 günlük təlim-məşq toplanışı 2024-cü ilin yanvarından keçirilir və aprelin 12-dək davam edəcək. Onlar 20 yaşdan 55 yaşa qədər bütün ehtiyatda olanlar üçün məcburidir.
Telegram kanalımız