Telman İsmayılovun restoranı “su qiymətinə” satılır

saytların hazırlanması

Evə çatdırılma

Telman İsmayılovun restoranı “su qiymətinə” satılır

Dünya

14 Fevral 2019 00:52 1066


Telman İsmayılovun Moskvada yerləşən “Praqa” restoranının dəyəri 1,78 milyon rubladək (təxminən 50 min AZN) ucuzlaşıb.

Bununla bağlı İflas haqqında məlumatların vahid Federal Reyestrinin sənədlərində məlumat verilib. Bildirilib ki, “Praqa-AST” Məhdud Məsuliyyətli Cəmiyyəti (Telman İsmayılovun rəhbərlik etdiyi) iflasa uğradığına görə “BM-Bankı”nda girov olan əmlakını satışa çıxarıb. Söhbət “Praqa” restoranından gedir.

Bundan öncə restoranın dəyəri 2,2 milyon rubl, daha sonra isə 1,98 milyon rubl göstərilmişdi. Ancaq heç kəs göstərilən məbləğlər qarşılığında əmlakı satın almaq istəməyib. Toyuqlu pizza

Restoranın satışı ilə bağlı növbəti hərrac apreldə keçiriləcək.

Xatırladaq ki, Telman İsmayılovun iflası 2015-ci ilin dekabrında təsdiqlənib. Hazırda biznesmenin bir neçə strukturu iflas vəziyyətindədir. T.İsmayılov isə sifarişli qətl ittihamı ilə axtarışa verilib.

Oxu.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!