Almaniya qərbi Nil virusuna ilk yoluxma halı yaşanıb.
“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, virus kifayət qədər təhlükəli və ölümcüldür.
Xatırladaq ki, qərbi Nil virusu ilk dəfə 1937-ci ildə Uqandada meydana gəlib və daha sonra dünyaya yayılıb. Xəstəliyin gizli müddəti 2-14 gündür. Xəstəliyə yoluxmuş insanların 80 faizində heç bir əlamət müşahidə edilmir. Dördpendirli pizza
Xəstəlik zamanı bəzi xəstələrdə yüksək temperatur, baş, kürək ağrıları, qusma və ürək bulanması, yuxusuzluq və s. əlamətlər müşahidə edilə bilər. Bu əlamətlər ağcaqanad sancdıqdan 2-14 gün sonra meydana gələ bilər. Xəstəlik daha çox 50 yaşından böyük şəxslər üçün təhlükəlidir.
Telegram kanalımız