“Təmiz hava aylığı” ilə bağlı aksiyalar davam edir

saytların hazırlanması

Evə çatdırılma

“Təmiz hava aylığı” ilə bağlı aksiyalar davam edir

Avto

21 Avqust 2019 09:41 1299


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Regional Ekologiya İdarələri Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ilə birgə ölkə ərazisində “Təmiz hava aylığı” ilə bağlı aksiyaları davam etdirir.

Nazirlikdən "Yeni Sabah"a verilən məlumata görə, avqustun 1-dən 31-dək davam edəcək tədbirlər çərçivəsində avtomobillərin ixrac etdiyi zərərli qazların miqdarı yoxlanılır və maarifləndirici tövsiyələr verilir.

“Təmiz hava” aylığı ilə bağlı keçirilən reydlər zamanı avtomobillər saxlanılaraq zərərli qazların miqdarı yoxlanılır. Havaya normadan artıq tullantı atan avtomobillərin sürücülərinə maarifləndirici məlumatlar verilir. Toyuqlu pizza

ETSN sürücülərə tövsiyə edir ki, həm sağlamlıq, həm də ətraf mühitin qorunması üçün avtomobillərini saz vəziyyətdə saxlasınlar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!