Xəbər verdiyimiz kimi, millimizin üzvü Təmkin Xəlilzadə mövsümün sonuna qədər "Sabah"ın heyətindən kənarlaşdırılıb.
Klubun saytındakı rəsmi məlumatda buna səbəb kimi futbolçunun dəfələrlə intizam qaydasını pozduğu göstərilib. “Sabah”ın mətbuat xidmətinin katibi Elnur Həmidov “Yeni Sabah”a açıqlamasında T.Xəlilzadənin mövsüm sonunda taleyinin bəlli olacağını deyib:
“Təmkinin müqaviləsinə xitam verilməsi ilə bağlı məsələyə mövsüm sonunda baxacağıq”. Dominos pizza
Qeyd edək ki, mətbuatda son zamanlar 26 yaşlı futbolçunun verdiyi açıqlamalara görə heyətdən uzaqlaşdırıldığı yazılır. E.Həmidov isə, bunun klubun daxili işi olduğunu və buna görə məlumat verməyəcəklərini bildirib.
Naibə Məmmədova
Telegram kanalımız