“Temu” işlədənlərin nəzərinə - Məlumatlarınız oğurlana bilər

saytların hazırlanması

Evə çatdırılma

“Temu” işlədənlərin nəzərinə - Məlumatlarınız oğurlana bilər

Rəqəmsal

19 Sentyabr 2024 00:44 3033


87 milyon “Temu” müştərisinin şəxsi məlumatlarının hakerlər tərəfindən ələ keçirildiyi iddia olunur.

Yenisabah.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə “TechRadar” portalı məlumat yayıb.

Hakerlər sübut kimi istifadəçi adları, şəxsiyyət vəsiqələri, IP ünvanları, adlar, doğum tarixləri, cins, çatdırılma ünvanları, telefon nömrələri, parollar və s. daxil olmaqla məlumat nümunələrini açıqlayıblar. Sezar pizza

Çinin onlayn ticarət platforması olan “Temu” isə yayılan məlumatları təkzib edir:

 “Təhlükəsizlik qrupumuz iddia edilən məlumat sızması ilə bağlı hərtərəfli araşdırma aparıb və iddiaların tamamilə yalan olduğunu təsdiqləyib. Dövriyyədə olan məlumatlar bizim sistemlərdən qaynaqlanmayıb və heç bir məlumat cərgəsi əməliyyat qeydlərimizə uyğun gəlmir. Biz reputasiyamızı ləkələmək və ya istifadəçilərimizə zərər vermək cəhdini qanuni tədbirlərlə cavablayacağıq”.

Qeyd edək ki, kibertəhlükəsizlik ekspertləri yayılan xəbərlərlə bağlı istifadəçilərə şəxsi bank kartları məlumatlarını tətbiqdə açıq qoymamağı məsləhət görür. (Qafqazinfo)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!