Tennis üzrə Azərbaycan birinciliyinə yekun vurulub

saytların hazırlanması

Evə çatdırılma

Tennis üzrə Azərbaycan birinciliyinə yekun vurulub

İdman

05 Aprel 2019 17:39 1035


Aprelin 2-4-də Gənclər və İdman Nazirliyinin və Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə keçirilən 2004-cü il təvəllüdlü  və azyaşlı tennisçilər arasında Azərbaycan Birinciliyi başa çatıb.  

“Yeni Sabah” xəbər verir ki, qızların komanda oyunlarında Şəki komandası I, Sumqayıt-1 II, Sumqayıt-2 komandası isə III yeri tutub. Oğlanların komanda yarışlarında Bakı-1 komandası I, Bakı-2 II, Sumqayıt-1 komandası III yerə layiq görülüb.

Qızların qoşa yarışlarında Ləman Abdülhəmidova və Fidan İranpur I, Zemfira Mikayılova və Xədicə Əbilzadə II, Arzu Aslanova və Mərziyyə Nürmətova III yerin sahibi olublar. pizza

Oğlanların qoşa yarışlarında Kənan Pənahov və Xaliq Becanov I, Emin Məmmədov və Rüstəm Hacılı II, Hüseyn Eylazov və Toğrul Məhəmmədov III yeri qazanıblar.

Qarışıq qoşa yarışlarda Kənan Pənahov və Ləman Abdülhəmidova I, Emin Məmmədov və Səbinə Məmmədova II, Hüseyn Eylazov və Fatimə Cəfərova III yeri tutublar.

Qızların şəxsi oyunlarda Mərziyyə Nürmətova I, Ləman Abdülhəmidova  II, Arzu Aslanova III yerə layiq görülüb.

Oğlanların  şəxsi görüşlərində Emin Məmmədov I, Kənan Pənahov II, Adil Əhmədzadə III yeri tutub.

Qaliblərə Gənclər və İdman Nazirliyinin diplomları, Stolüstü Tennis Federasiyasının kubok və mükafatları təqdim edilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!