Tennisçilərimiz iki medal qazanıb

saytların hazırlanması

Evə çatdırılma

Tennisçilərimiz iki medal qazanıb

İdman

13 Mart 2019 21:01 900


Məlumat verildiyi kimi, Qazaxıstan Stolüstü Tennis Federasiyasının dəvəti ilə stolüstü tennis üzrə yığma komandamız 10-13 mart 2019-cu il tarixlərində Qazaxıstanın Çimkənt şəhərində keçirilmiş beynəlxalq turnirdə gücünü sınayıb. 

“Yeni Sabah” xəbər verir ki, 7 ölkəni təmsil edən qızlardan ibarət 19 komandanın iştirak etdiyi turnir Qazaxıstanın milli qəhrəmanı Akpan Batırın xatirəsinə həsr olunub. Komanda yarışlarında Məryəm İmanova və Nəzakət Qarayevadan ibarət yığmamız gümüş medal, şəxsi yarışlarda isə Məryəm İmanova bürünc medal qazanıb.  

Ümumilikdə, stolüstü tennisçilərimiz beynəlxalq turniri 2 medalla başa vurublar. Toyuqlu pizza

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!