“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri Azərbaycana gəldi

saytların hazırlanması

Evə çatdırılma

“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri Azərbaycana gəldi

Rəsmi

05 İyul 2025 15:58 850


Azərbaycan və Qazaxıstan Hərbi Hava Qüvvələri (HHQ) arasında keçiriləcək “Tərlan - 2025” birgə taktiki-uçuş təlimində iştirak etmək üçün Qazaxıstandan cəlb olunan heyət ölkəmizə gəlib.

Yenisabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

HHQ-nin "N" hərbi hissəsində hərbi qulluqçuların qarşılanma mərasimi keçirilib. Marqarita pizza

Qeyd edək ki, iyulun 8-dən 10-dək keçirilməsi planlaşdırılan ikitərəfli təlimin məqsədi hərbi qulluqçuların Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində peşəkarlığının artırılması və qarşılıqlı təcrübə mübadiləsidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!