Terror aktı hazırlamaqda şübhəli bilinən 3 nəfər tutuldu 

saytların hazırlanması

Evə çatdırılma

Terror aktı hazırlamaqda şübhəli bilinən 3 nəfər tutuldu 

Dünya

31 Dekabr 2023 22:55 848


Almaniyada avtomobildən istifadə edərək terror aktı hazırlamaqda şübhəli bilinən 3 nəfər saxlanılıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə DPA agentliyi Köln polisinin nümayəndəsinə istinadla məlumat yayıb. 

Məlumata görə, həmin şəxslər Köln, Vyana və Madriddə terror aktları planlaşdırırdılar. Bununla bağlı əvvəllər bir nəfər saxlanılıb. Daha sonra məlum olub ki, o, terror hücumunu planlaşdıran yeganə şəxs deyil.  pizza

Potensial hədəflərdən biri kimi şəhərin simvolu və Almaniyanın ən məşhur görməli yerlərindən biri olan Köln Katedrali seçilib. Dünyanın ən hündür üç kilsəsindən biri olan Köln Katedrali UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!