Əfqanıstanda koronavirusla mübarizə aparan həkimlər silahlı hücuma məruz qalıblar.
Yenisabah.az "Reuters"ə istinadən xəbər verir ki, hadisə paytaxt Kabildə baş verib. Məlumata görə, həkimlərin olduğu bina mühasirəyə alınıb: "Terrorçularla qarşıdurma davam edir. Təhlükəsizlik qüvvələri hücumun qarşısını almağa çalışır. Səhiyyə nazirinin köməkçisi də hadisə yerindədir".
Qeyd edək ki ölkənin Daxili İşlər Nazirliyi hücumu təsdiqləyib. Lakin hadisəni kimin törətdiyi və neçə nəfərin yaralandığı hələ də məlum deyil. pizza sifarişi
Telegram kanalımız