Rusiya Dövlət Dumasının Krımdan olan deputatı Mixail Şeremet terrorizmdə təqsirli bilinənlər üçün ölüm hökmünün tətbiqi məsələsi ilə çıxış etməyi planlaşdırır.
Yenisabah.az RIA Novosti-yə istinadla xəbər verir ki, hakim “Yedinaya Rossiya” fraksiyasının rəhbəri Vladimir Vasilyev hakimiyyətin cəmiyyətin gözləntilərinə uyğun qərar verəcəyini bildirib.
Mixail Şeremetin sözlərinə görə, "Crocus City Hall"da baş verən terror aktından sonra qanunvericilik bazasına yenidən baxılmalıdır: Sezar pizza
“Mən ölkəmizdə terrorizm, narkotik vasitələrin qanunsuz dövriyyəsi və yetkinlik yaşına çatmayanlara qarşı cinayətlərə görə ölüm hökmünün tətbiqi ilə bağlı qanunvericilik səviyyəsində məsələyə başlamaq niyyətindəyəm”.
Fraksiya rəhbəri Vladimir Vasilyev bildirib ki, Dövlət Dumasının növbəti plenar iclası “Krokus Siti Holl”da baş vermiş terror aktına həsr olunacaq.
Telegram kanalımız