“Tərtər işi” ilə bağlı həbs olunanların biri şair imiş

saytların hazırlanması

Evə çatdırılma

“Tərtər işi” ilə bağlı həbs olunanların biri şair imiş

Siyasət

05 Sentyabr 2022 16:22 1173


“Tərtər işi” ilə bağlı həbs olunan Rahib Məmmədovun kimliyi ilə bağlı bəzi məlumatlar məlum olub.

APA xəbər verir ki, Rahib Məmmədov həbs olunana qədər ədliyyə mayoru rütbəsində hərbi hüquqşünas kimi xidmət edib. O, həmçinin Rahib Bəşər imzası ilə tanınan şairdir.

Rahib Məmmədov Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” və “Azərbaycan Bayrağı” mükafatları laureatıdır. Dördpendirli pizza

Onun “Həyat eşqi”, “Sevgi dünyam”, “Zirvəyə doğru” adlı kitabları nəşr olunub.

Xatırladaq ki, Rahib Məmmədov “Tərtər işi” ilə bağlı həbs olunub.

O, Cinayət Məcəlləsinin 145.3, 293.2, 341.2.2 və 341.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!