“Tərtər işi”ndə zərərçəkən MAXE - Bu qədər təzminat alacaq

saytların hazırlanması

Evə çatdırılma

“Tərtər işi”ndə zərərçəkən MAXE - Bu qədər təzminat alacaq

Kriminal

04 Aprel 2026 11:16 472


2017-ci ildə baş verən Tərtər hadisələrinin zərərçəkmiş hərbçilərindən daha birinə təzminat ödəniləcək.

"Yeni Sabah" “Qafqazinfo”ya istinadən xəbər verir ki, N saylı hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Vüsal Abdullayev mənəvi ziyana görə 300 min manat təzminat tələb edib.

Hərbçi iddia ərizəsində yazıb ki, həmin hadisələr vaxtı qanunsuz olaraq 1 ay qapalı şəraitdə saxlanılıb, müxtəlif əzab-iztirablara məruz qalıb. 2021-ci ildə “Tərtər işi” üzrə istintaq yeniləndikdən sonra isə o da zərərçəkmiş qismində tanınıb. Toyuqlu pizza

Abdullayev çəkdiyi mənəvi sıxıntı və iztiraba görə kompensasiya almaq hüququ olduğunu bildirib, bu əsasla tələb etdiyi məbləğin ödənilməsini istəyib.

Cavabdeh qismində tanınmış Maliyyə Nazirliyi isə iddia tələbinə etiraz edib. Əvvəlki hallarda olduğu kimi, bu dəfə də etiraz iddiaçı hərbçinin nazirliyin hərəkətləri nəticəsində zərər çəkmədiyini bildirməklə əsaslandırılıb.

Nəsimi Rayon Məhkəməsi yekunda iddianı qismən təmin edib. Vüsal Abdullayevə vəkil xərcləri ilə birlikdə 16 min manat təzminat ödənilməsinə qərar verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!